Dövlət Statistika Komitəsi 2025-ci ildə Azərbaycanda doğulan körpələrə verilən ən populyar qız və oğlan adlarının siyahısını açıqlayıb. Qızlar arasında Melisa, oğlanlar arasında isə Uğur adı liderlik edib.
Komitənin yaydığı statistikaya görə, qız adları sırasında ilk üçlüyü Melisa, Zeynəb və Məryəm adları tutub. İlk onluğa həmçinin Zəhra, Nilay, Aylin, Ayla, Alisa, İnci və Fatimə adları da daxil edilib.
Oğlan uşaqlarına verilən adlar arasında isə Uğur, Raul və Hüseyn ən çox seçilənlər olub. Siyahıda bunlardan başqa Əli, Yusif, Miran, Ömər, Ayxan, Tunar və Murad adları da yer alıb.
Dövlət Statistika Komitəsi bildirib ki, bu göstəricilər valideynlərin körpələrinə ad seçərkən hansı adlara daha çox üstünlük verdiyini əks etdirir.
