Abşeronda zibil qutusu oğurluğuna görə 3 nəfər məhkum olundu
carci.news
Hadisələr

Abşeronda zibil qutusu oğurlayan üç idarə əməkdaşı məhkum olundu

Abşeron Rayon İcra Hakimiyyətinə tabe Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı işlədikləri idarəyə məxsus iki dəmir zibil qutusunu oğurlayıb satdığına görə cinayət məsuliyyətinə cəlb edilib.

Hadisənin iştirakçıları 1983, 1987 və 1993-cü il təvəllüdlü kişilərdir. Onlardan ikisi fəhlə vəzifəsində çalışıb, üçüncüsü isə “Mercedes” markalı zibil maşınının sürücüsü olub.

Təhqiqata görə, şəxslər hər birinin dəyəri 500 manat olan dəmir zibil qutularını idarədən götürərək metal qəbulu məntəqəsinə cəmi 70 manata satıblar. Bu əməliyyatdan hər birinin cibinə düşən məbləğ 23 manat təşkil edib.

Üç nəfər Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi (“iki və daha artıq şəxs tərəfindən əvvəlcədən əlbir olaraq törədilən oğurluq”) ilə təqsirləndirilib. İşə Abşeron Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin qəbul etdiyi hökmə əsasən, təqsirləndirilən hər üç şəxsin azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb.

Related posts

Sabiq Baş konsul S.Qasımovun dələduzluq işi baxışa verildi

Editor

Bakıda virtual qumarxana şəbəkəsi zərərsizləşdirildi: milyonluq əməliyyatlar aşkarlandı

Editor

Cənubi Azərbaycanın Səlmas bölgəsində daşqında 3 nəfər ölüb

Editor

Şərh yazın

IP geolocation by DB-IP