Vergi Məcəlləsinə görə maliyyə sanksiyaları dəyişir
carci.news
Hökumət və nazirliklər

Vergi Məcəlləsində maliyyə sanksiyalarına dair dəyişiklik təklif olunur

Azərbaycanda qeyri-rezidentlərin maliyyə əməliyyatları barədə məlumat verməyən maliyyə institutlarına tətbiq olunan cərimələrin məbləğində dəyişiklik nəzərdə tutulur. Vergi Məcəlləsinə hazırlanan layihəyə görə, bir sanksiya azaldılır, digəri isə 2,5 dəfə artırılır.

Layihəyə əsasən, maliyyə institutlarının qeyri-rezidentlərin Azərbaycan ərazisində apardığı maliyyə əməliyyatları barədə məlumat təqdim etməməsinə görə indiyədək hesaba mədaxil olunmuş vəsaitin 30 faizi həcmində tətbiq edilən sanksiya 10 faizə endirilir, lakin bu məbləğ 1 000 manatdan az ola bilməz.

Eyni zamanda, mədaxil əməliyyatı aparılmayan hesablar üzrə məlumat verilməməsinə görə hər hesaba görə tətbiq olunan 400 manatlıq cərimənin 1 000 manata, yəni 2,5 dəfə qaldırılması nəzərdə tutulur.

Layihədə dəyişikliyin əsaslandırılması üçün Rusiya, Portuqaliya, Polşa, Litva və Macarıstan kimi Avropa və MDB ölkələrinin təcrübəsinə istinad edilib. Qeyd olunub ki, həmin ölkələrdə oxşar pozuntulara görə cərimələr 1 000 manatdan 500 000 manatadək dəyişir, bu səbəbdən mövcud sanksiya məbləğinin azaldılması məqsədəuyğun hesab edilib.

Related posts

Maliyyə Nazirliyi 2027-ci il büdcə göstəricilərini yenidən açıqlayıb

Editor

Prezident Sadiq Əliyevi maliyyə nazirinin müavini təyin edib

Editor

Həlak olan minatəmizləyənlərin ailələri üçün vergi güzəştini təsdiqləyən sənədlər müəyyənləşdi

rashadamiraliyev

Şərh yazın

IP geolocation by DB-IP