U-15 millimiz Andorranı məğlub edib: 1:0 hesabı
carci.news
Futbol

U-15 millimiz Andorranı 1:0 məğlub edib

Azərbaycanın U-15 yığması FİFA Dünya Çempionatı və Festivalı çərçivəsindəki ikinci qarşılaşmasında Andorra komandasını 1:0 hesabı ilə məğlub edib.

Qarşılaşma oktyabrın 25-də Hövsan Yarış Kompleksində keçirilib. Komandamızın yeganə qolunu Həsən Məhmədov vurub.

Oyunu AFFA-nın prezidenti Rövşən Nəcəf və qurumun digər rəhbər şəxsləri stadiondan izləyib. Qələbədən sonra AFFA rəhbərliyi futbolçuları təbrik edib.

Bundan əvvəl Azərbaycan U-15 yığması turnirin ilk turunda Timor-Leste komandasını 6:0 hesabı ilə məğlub etmişdi. Komandamız iki oyundan sonra məğlubiyyətsiz qalmaqdadır.

Millimiz turnirdəki növbəti qarşılaşmasını Avstraliya yığması ilə Hövsan Yarış Kompleksində keçirəcək.

Related posts

Bakıda ilk dəfə 15 yaşadək futbolçuların dünya çempionatı başlayır

Editor

Azərbaycan millisi Litva ilə heç-heçə edib

rashadamiraliyev

Azərbaycan millisi Litvanı məğlub edərək ilk qələbəsini qeydə alıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP