Nizami rayonunda söküntü: 8 bina sökülür
carci.news
Hadisələr

Bakının Nizami rayonunda 8 bina sökülür, sakinlərə kompensasiya veriləcək

Bakının Nizami rayonunda qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş səkkiz binanın sökülməsi planlaşdırılır. Layihə Bakı şəhərinin 2040-cı il Baş Planı çərçivəsində həyata keçiriləcək.

Yenidənqurma işləri Elşən Süleymanov, Kamil Balakişiyev, Məmmədəli Şərifli və Rizvan Teymurov küçələrini, həmçinin Babək və Cəmşid Naxçıvanski prospektlərini əhatə edəcək. Layihə çərçivəsində köhnə yaşayış binalarının yenilənməsi, ərazilərin abadlaşdırılması və yeni yaşıllıq sahələrinin salınması nəzərdə tutulur.

Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, sökülməsi planlaşdırılan binaların əksəriyyəti yataqxanalardır. Onun sözlərinə görə, binaların bir qisminin dövlət vəsaiti hesabına sökülməsi, sakinlərin köçürülməsi və boşaldılmış ərazilərdə parkların salınması nəzərdə tutulub.

Kompensasiya məbləği necə müəyyənləşəcək

Vüqar Oruc qeyd edib ki, sakinlərə ödəniləcək kompensasiyanın həcmi ərazinin yerləşməsindən və infrastruktur imkanlarından asılı olacaq. Yaşayış sahələri üçün hər kvadratmetrə görə 2 000-2 800 manat, qeyri-yaşayış sahələri üçün isə 4 000 manatadək kompensasiya nəzərdə tutulur.

Related posts

Qaradağda əsgərləri daşıyan avtobus aşıb, yaralılar var

Editor

Cənubi Azərbaycanın Səlmas bölgəsində daşqında 3 nəfər ölüb

Editor

Yasamalda məktəbə od vurma cəhdinə görə 6 nəfər saxlanılıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP