Səlmas bölgəsində daşqın: 3 nəfər öldü, 2-si itkin
carci.news
Hadisələr

Cənubi Azərbaycanın Səlmas bölgəsində daşqında 3 nəfər ölüb

İranın Qərbi Azərbaycan əyalətinin Səlmas bölgəsində baş verən daşqın nəticəsində üç nəfər həlak olub, altı nəfər yaralanıb, daha iki nəfər isə itkin düşüb.

Faciə barədə məlumatı Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbəri Həmid Məhbubi yayıb. Onun sözlərinə görə, həlak olanların hər üçünün meyiti artıq tapılıb və aidiyyəti qurumlara təhvil verilib.

İki nəfərin isə axtarışları davam edir. Bölgədə ən ağır vəziyyət Kaniyan kəndində yaranıb, burada 11 nəqliyyat vasitəsi sel sularının içində qalıb.

Hadisə ilə bağlı əlavə məlumat hələlik açıqlanmayıb.

Related posts

Pattayada türkiyəli iş adamından silahla hədə ilə kriptovalyuta oğurlanıb

Editor

Məhəmmədi kəndindəki zavodda iş qəzası: fəhlə barmaqlarını itirdi

Editor

Elsevər Əliyevə dələduzluq ittihamı ilə ev dustaqlığı qərarı çıxarıldı

Editor

Şərh yazın

IP geolocation by DB-IP