Daşınmaz əmlakın elektron reyestri üzrə fərman imzalandı
carci.news
Rəsmi xronika

Prezident daşınmaz əmlakın elektron reyestri üzrə fərman imzaladı

Prezident İlham Əliyev “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnaməni təsdiqləyən fərman imzalayıb. Sənədlə sistemin sahibi və operatoru müəyyənləşdirilib.

Fərmana əsasən, “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin (DERKİS) sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.

Sistemin operatoru qismində isə həmin Xidmətin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi çıxış edəcək.

Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, sənəddən irəli gələn məsələləri həll etsin.

Related posts

Türkiyəli publisist Celal Çiftçi barəsində Bakıda cinayət işi açılıb

Editor

Ramin İsayevin 14 illik həbs cəzası yenidən təsdiqləndi

Editor

İlham Əliyev: 2027-ci il büdcəsində təhlükəsizliyə 9 milyard manata yaxın vəsait nəzərdə tutulub

Editor

Şərh yazın

IP geolocation by DB-IP