Prezident İlham Əliyev “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnaməni təsdiqləyən fərman imzalayıb. Sənədlə sistemin sahibi və operatoru müəyyənləşdirilib.
Fərmana əsasən, “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin (DERKİS) sahibi funksiyalarını Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirəcək.
Sistemin operatoru qismində isə həmin Xidmətin tabeliyindəki “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi çıxış edəcək.
Fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, sənəddən irəli gələn məsələləri həll etsin.
