Rusiya vətəndaşları əmlak alışının 71 faizini alıb
carci.news
Biznes və investisiya

Əcnəbilərin aldığı daşınmaz əmlakın 71 faizi rusiyalılara məxsusdur

Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında xarici vətəndaşlar 824 daşınmaz əmlak obyekti alıb, bunların 588-i, yəni 71,4 faizi Rusiya vətəndaşlarının payına düşüb.

Məlumat İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin media sorğusuna verdiyi cavabda açıqlanıb. Xarici vətəndaşlar arasında daşınmaz əmlak alışında Rusiya vətəndaşlarından sonra ikinci yeri 80 obyektlə (təxminən 9,7 faiz) Gürcüstan vətəndaşları tutub. Türkiyə vətəndaşları isə 51 əmlak əldə edərək (6,2 faiz) üçüncü sırada qərarlaşıb.

Beləliklə, Rusiya, Gürcüstan və Türkiyə vətəndaşları birlikdə hesabat dövründə alınan əmlakların 719-unu, yəni ümumi həcmin təxminən 87,3 faizini təşkil edib.

İran vətəndaşları 17, Qazaxıstan vətəndaşları 14, Almaniya vətəndaşları 12, Albaniya vətəndaşları səkkiz, İsrail vətəndaşları yeddi, ABŞ və Pakistan vətəndaşları isə altışar əmlak alıb. İraq və Ukrayna vətəndaşları beşər, Belarus vətəndaşları dörd, Özbəkistan vətəndaşları isə üç obyekt əldə edib.

Avstriya, Böyük Britaniya, Çin, Estoniya, Fransa və Niderland vətəndaşları ikişər əmlak alıb. Çexiya, Əfqanıstan, İsveç, Kanada, Norveç və Qırğızıstan vətəndaşlarının hər biri isə bir obyekt əldə edib.

Son beş ildə də eyni tendensiya müşahidə olunub

Əmlak Məsələləri Dövlət Xidmətinin əvvəlki məlumatlarına görə, 2021-2025-ci illər arasında 57 ölkədən 6 182 vətəndaş Azərbaycanda cəmi 6 913 əmlak əldə edib. Bu dövrdə Rusiya vətəndaşları 4 638, Gürcüstan vətəndaşları 716, Türkiyə vətəndaşları isə 312 obyekt alıb.

Həmçinin oxuyun: RBC: Rusiyalı investorlar Bakı kurort bazarına diqqəti artırır | Prezident daşınmaz əmlakın elektron reyestri üzrə fərman imzaladı

Related posts

Bakı Forumunda 10 sahə üzrə əməkdaşlıq razılaşmaları rəsmiləşdirilib

rashadamiraliyev

Sanan Həsənov “Cyberpoint”in marketinq direktoru oldu: bankçılıq, sahibkarlıq və kouçinqdən keçən 22 illik yol

Editor

Özbəkistana ixrac səkkiz ayda qoşa artım göstərib, kəsir yarıya düşüb

Editor

Şərh yazın

IP geolocation by DB-IP