14 İran vətəndaşına giriş qadağası: Bakının qərarı
carci.news
Dünya siyasəti

Bakı 14 nəfər İran vətəndaşının ölkəyə girişini qadağan etdi

Azərbaycan hakimiyyəti dövlətin suverenliyinə, təhlükəsizliyinə və konstitusiya quruluşuna qarşı çıxışlarda ittiham olunan 14 İran vətəndaşını arzuolunmaz şəxs elan edib. Bu şəxslərin ölkə ərazisinə daxil olması artıq qadağandır.

Azərbaycan tərəfi 14 nəfər İran vətəndaşına qarşı giriş qadağası tətbiq edərək onları arzuolunmaz şəxslər reyestrinə salıb. Yayılan məlumata görə, addımın səbəbi həmin şəxslərin Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə və konstitusiya quruluşuna yönəlik çıxışlar etməsidir.

Qeyd edilir ki, qərar İranlı bəzi ictimai xadim və media nümayəndələrinin son dövrdə Azərbaycan dövlətinə, vətəndaşlarına və rəhbərliyinə qarşı kəskinləşən tənqidi çıxışları, təhqiramiz ifadələri və qanundan kənar çağırışları ilə bağlı qəbul olunub.

Siyahıya düşənlər arasında İran parlamentinin hazırkı və sabiq üzvləri, din xadimləri, siyasi şərhçilər, elm adamları və jurnalistlər yer alır. İddialara görə, onların bir qismi Azərbaycanın müstəqilliyini şübhə altına alan fikirlər səsləndirib, dövlətin idarəçilik modelini və din-dövlət münasibətlərini kəskin tənqid edib, dini radikallığı təbliğ edib, hətta ölkə rəhbərliyinin zor yolu ilə devrilməsinə çağırışlar edib.

Arzuolunmaz şəxs statusu alan 14 nəfər

Məlumata əsasən, bu qadağadan təsirlənənlər arasında Tehranın Əllamə Təbatəbai Universitetinin müəllimi, siyasi analitik Ehsan Movahhediyan; Təbriz Universitetinin Qafqaz və Anadolu Araşdırmaları Mərkəzinə rəhbərlik etmiş Əhməd Fərşbafian; İranın Milli Məclisinin (İslami Şura Məclisi) üzvü Kamran Qəzənfəri var.

Bundan əlavə, siyahıda sabiq deputat və siyasi şərhçi Əlirza Beygi, parlament üzvləri Əbülfəzl Zöhrəvənd, Abbas Moqtədayi Xorasgani və Əlirza Səlimi; “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari; İranın Ekspertlər Məclisi və Məsləhət Şurasının üzvü ayətullah Möhsün Əraki adları çəkilir.

Siyahını Qum mədrəsəsinin Müəlliflər və Müəllimlər Cəmiyyətinin üzvü, İmam-e Əsər Fiqh Mərkəzinin rəhbəri ayətullah Məhəmməd Cavad Fazil Lənkərani; İranın Mədəni İnqilab üzrə Ali Şurasının katibi Əbdül Hüseyn Xosrov Pənah; Təbrizdəki cümə namazı imamının və Ali Dini Rəhbərin Şərqi Azərbaycan əyalətindəki nümayəndəliyinin mətbuat katibi Höccətül-İslam Qulamrza Kavaşi; professor və təhlilçi Dariuş Səfrəncejad, aktyor və aparıcı Əhmədrza Musəvi tamamlayır.

Bildirilir ki, adı çəkilən 14 nəfərin bundan sonra Azərbaycan ərazisinə daxil olmasına icazə verilməyəcək.

Related posts

Bakıda Azərbaycan-İtaliya hərbi heyətləri xilasetmə mövzusunda görüşüb

Editor

Rassel Brend barəsində Londonda məhkəmə başladı, prokuror onu “amansız yırtıcı” adlandırdı

Editor

İnterfaks: Elbit Azərbaycana 235 milyon dollarlıq hərbi müqavilə bağlayıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP