3 yaşınadək uşağı olan sığortaolunan (işləyən) analara aylıq müavinətin məbləği 37,58 manatdan 100 manata artırılacaq. Dəyişiklik “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində nəzərdə tutulub.
Təklif Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan büdcə layihəsi çərçivəsində gündəmə gəlib. Sənədə əsasən, üç yaşınadək uşağa qulluğa görə bir nəfərə düşən aylıq müavinət məbləği ciddi şəkildə artırılır.
Hazırda işləyən analara bu müavinət 37,58 manat məbləğində ödənilir. Yeni qanun layihəsi qüvvəyə mindikdən sonra həmin məbləğ 100 manata çatdırılacaq ki, bu da mövcud göstəricidən təxminən üç qat yüksəkdir.
Dəyişiklik 2027-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı aparılan müzakirələr zamanı komitə üzvlərinin nəzərinə çatdırılıb.
