Sosial Xidmətlər Agentliyi əlillik statusu olan vətəndaşlar və şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün Saatlı rayonunda 45 mənzilin alınmasına dair tender açıb. Satınalmanın təxmini dəyəri 3,386 milyon manat səviyyəsindədir.
Sosial Xidmətlər Agentliyi tərəfindən elan edilən bu tenderə əsasən Saatlı rayonunda yerləşən 18 üç otaqlı və 27 iki otaqlı yaşayış sahəsi alınacaq. Mənzillər sağlamlıq imkanları məhdud olan şəxslərə, habelə şəhid ailələrinə təhvil veriləcək.
Müsabiqəyə qoşulmaq niyyətində olan namizədlərdən 1.000 manat məbləğində iştirak haqqı tələb olunur. Qiymət təklifləri 12 noyabr tarixində, saat 16:59-a qədər (GMT+4) qəbul ediləcək, zərflərin açılması prosedurası isə eyni gün və saatda baş tutacaq.
Proses barədə ətraflı məlumat almaq istəyənlər (+994) 12 525 41 30 nömrəsinə (daxili xətt – 5158) müraciət edə bilərlər. Prosesə cavabdeh şəxs kimi Zeynəb Axundova göstərilib.
Agentliyin yerləşdiyi ünvan aşağıdakı kimidir: Bakı, Ziya Bünyadov prospekti, 1965 nömrəli bina, “Çinar Park” Biznes Mərkəzinin 1-ci korpusu, 2-ci mərtəbə.
