Yol vergisi daxilolmaları 2027-ci ildə azalacaq
carci.news
Maliyyə və bank

2027-ci ildə yol vergisindən daxilolmaların azalması proqnozlaşdırılır

Dövlət büdcəsinin 2027-ci il layihəsinə görə, Dövlət Vergi Xidməti xətti ilə yol vergisindən daxilolmaların 307 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da 2026-cı ilin proqnozundan 27,4 milyon manat, yaxud 8,2 faiz azdır.

Göstərici “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsində yer alıb. Sənədə əsasən, yol vergisi üzrə proqnozlaşdırılan 307 milyon manatlıq məbləğ növbəti ilin büdcə gəlirlərinin bir hissəsini təşkil edir.

Eyni zamanda, bu rəqəm 2025-ci ilin faktiki nəticəsi ilə müqayisədə 218,8 milyon manat, yəni 3,5 dəfə yüksəkdir. Layihədə bildirilir ki, əvvəlki illə müqayisədə yaranan bu kəskin fərq qanunvericilikdə aparılan struktur dəyişiklikləri ilə bağlıdır.

Belə ki, yol vergisinin dərəcəsi artırılıb. Bundan əlavə, ölkə daxilində istehsal olunub yerli bazara yönəldilən, habelə idxal olunan neft məhsullarına tətbiq edilən icbari tibbi sığorta haqqı ləğv edilib və həmin vəsaitlər yol vergisinin tərkibinə keçirilib.

Beləliklə, 2026-cı ildən 2027-ci ilə doğru nisbi azalma proqnozlaşdırılsa da, 2025-ci illə müqayisədə ümumi göstərici hələ də əhəmiyyətli dərəcədə yüksək qalır.

Related posts

Kərimov Bankokda IMF, ADB və BSTDB nümayəndələri ilə büdcə islahatlarını müzakirə edib

Editor

Azərbaycanda icbari və könüllü sığorta üzrə 8 ayın yekunları açıqlanıb

Editor

2027-ci il büdcəsinə Neft Fondundan transfer 935 milyon manat azalır

Editor

Şərh yazın

IP geolocation by DB-IP