Neft Fondundan büdcəyə transfer 2027-ci ildə azalacaq
carci.news
Maliyyə və bank

2027-ci il büdcəsinə Neft Fondundan transfer 935 milyon manat azalır

“Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə görə, Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 900 milyon manat vəsait köçürülməsi nəzərdə tutulur. Bu, cari ilin təsdiqlənmiş göstəricisindən 935 milyon manat və ya 7,3 faiz azdır.

2026-cı ilin təsdiqlənmiş büdcəsində Dövlət Neft Fondundan transferlərin yuxarı həddi 12 milyard 835 milyon manat səviyyəsində müəyyən edilmişdi. Qanun layihəsinə əsasən, gələn il bu məbləğ azaldılacaq.

Dəyişiklik büdcə gəlirlərinin strukturuna da təsir edəcək. Belə ki, 2026-cı ildə Neft Fondundan transferlərin dövlət büdcəsinin ümumi gəlirlərində payı təxminən 33,2 faiz təşkil edir, 2027-ci ildə isə bu göstəricinin 30,3 faizə düşəcəyi gözlənilir. Göründüyü kimi, fərq təxminən 2,9 faiz bəndi təşkil edir.

Eyni zamanda, 2027-ci ildə dövlət büdcəsinin ümumi gəlirlərinin 39 milyard 254 milyon manat həcmində proqnozlaşdırıldığı bildirilir. Bu rəqəm 2026-cı ilin təsdiqlənmiş göstəricisindən 645 milyon manat çoxdur.

Related posts

Xarici vətəndaşların bank vəsaitləri manatlarla 1,58 milyardı ötüb

rashadamiraliyev

Vergi Xidməti doqquz ayda büdcəyə 13,6 milyard manat köçürüb

Editor

Türkiyədə qiymət artımı tempi son beş ildən çox müddətdə ən aşağı həddə düşüb

Editor

Şərh yazın

IP geolocation by DB-IP