Müdafiə xərcləri 8,8 milyard manat olacaq - Əsgərov
carci.news
Milli Məclis

Gələn ilin büdcəsində müdafiəyə 8,8 milyard manat nəzərdə tutulur

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov açıqlayıb ki, gələn il müdafiə və milli təhlükəsizlik sahəsinə 8,8 milyard manat vəsait yönəldiləcək, bu isə cari ilki göstəricidən 100 milyon manat artıqdır.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov parlamentin bir sıra komitələrinin — Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin keçirdiyi ortaq toplantıda bildirib ki, gələn il müdafiə xərcləri üçün 8,8 milyard manat vəsait ayrılacaq. Deputatın sözlərinə görə, bu məbləğ işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq fəaliyyətinin davam etdirilməsi, köçkünlərin öz yurdlarına geri dönüşünün təşkili və həmin bölgələrdə sabit yaşam mühitinin qurulması ilə əlaqədar büdcə prioritetlərinə uyğun müəyyənləşib.

Z.Əsgərov qeyd edib ki, uzun illər xidmət etmiş hərbçilərin mənzil məsələsinin həlli, eləcə də kirayə yaşayış yerində qalan və evi olmayan hərbi qulluqçulara ödəniləcək kompensasiyalar üçün ümumən 30 milyon manata qədər vəsaitin ayrılması planlaşdırılır.

O, həmçinin diqqətə çatdırıb ki, əsaslı xərclər çərçivəsində müdafiə sektoru üçün 4 milyard manat nəzərdə tutulub. Spiker müavini büdcənin digər önəmli istiqaməti kimi məhkəmə sisteminin və hüquq-mühafizə qurumlarının maliyyə təminatını vurğulayıb.

Onun fikrincə, bu sahələrə yönələn vəsaitlər qanunun aliliyinin gücləndirilməsinə, hüquqi sabitliyin təmin olunmasına və insanların hüquq, azadlıqlarının etibarlı qorunmasına xidmət göstərəcək.

Related posts

2027-ci il büdcəsində müdafiəyə 8,8 milyard manat nəzərdə tutulub

Editor

Dövlət xidmətlərinə dair qaydaların pozulmasına yeni cərimələr nəzərdə tutulur

Editor

Milli Məclis Səbinə Əliyevanı yenidən ombudsman seçib

Editor
IP geolocation by DB-IP