Raqif Abbasov məhkəmə prosesi 25 noyabra keçirildi
carci.news
Hadisələr

Abbasov-Qulamov mənimsəmə işində vəkil məhkəməyə gəlmədi, proses yubandı

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin keçmiş rəhbəri Raqif Abbasov ilə idarənin sabiq maliyyə-iqtisadiyyat bölməsi müdiri Eldəniz Qulamov barəsindəki cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmağa davam olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun rəhbərlik etdiyi iclasda təqsirləndirilən Eldəniz Qulamov öz vəkilindən əl çəkdiyini elan edib. O, bunu vəkilin işini lazımınca qurmaması ilə izah edib.

Qulamovun sözlərinə görə, onunla razılaşma bağlamış digər hüquqşünas da məhkəmə iclasının tarixindən xəbərdar olsa da, iclasa qatılmayıb və bunu rayonda olması ilə əsaslandırıb.

Hakim İsmayılov baş verənləri prosesin qəsdən ləngidilməsi cəhdi kimi dəyərləndirib. Onun sözlərinə görə, müvafiq vəkil artıq iki dəfə məhkəməyə gəlməyib və əgər növbəti iclasa da qatılmasa, bu barədə Vəkillər Kollegiyasına rəsmi müraciət göndəriləcək.

Növbəti məhkəmə iclası 25 noyabr tarixinə təyin olunub.

İttiham nədən ibarətdir

Raqif Abbasov və Eldəniz Qulamovun təxminən 1 milyon manat məbləğində dövlət vəsaitini mənimsədikləri iddia olunur. Bu ittihamı Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi irəli sürüb, hər iki şəxsə Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda mənimsəmə) əsasında ittiham elan edilib.

Hər ikisinə qarşı azadlıqdan məhrumetmə ilə əlaqəli olmayan ehtiyat tədbiri tətbiq edilib. Cinayət işində zərərçəkmiş tərəf qismində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi müəyyən edilib.

Related posts

Dələduzluqda ittiham olunan vətəndaş Almaniyadan Azərbaycana gətirildi

Editor

Səbaildə 15-20 bina sökülə bilər, kompensasiyalar açıqlanıb

Editor

Elsevər Əliyevə dələduzluq ittihamı ilə ev dustaqlığı qərarı çıxarıldı

Editor
IP geolocation by DB-IP