Azərbaycan taekvondoçusu Adil Kazımlı (73 kq) Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında final görüşündə İordaniya təmsilçisinə uduzaraq gümüş medala sahib olub.
Bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb. Yarışlar Seneqalın paytaxtı Dakarda keçirilir.
Federasiyanın açıqlamasına görə, Adil Kazımlı turnirə 1/8 finaldan start götürüb və bu mərhələdə Tunis idmançısını məğlub edib. Yarımfinalda isə o, ev sahibi Seneqalın təmsilçisi üzərində qələbə qazanaraq final mərhələsinə vəsiqə qazanıb.
Final qarşılaşmasında İordaniya idmançısına uduzan Adil Kazımlı yarışı fəxri kürsünün ikinci pilləsində başa vurub.
