“Gəncə” Avropa Kubokunda ev oyunlarını doğma şəhərdə keçirəcək - carci.news
carci.news
Olimpiya idmanı

“Gəncə” Avropa Kubokunda ev oyunlarını doğma şəhərdə keçirəcək

Azərbaycan basketbolunda ilk dəfə olaraq FIBA Avropa Kubokunda ölkəni təmsil edən “Gəncə” klubu qrup mərhələsinin ev qarşılaşmalarını Gəncə İdman Sarayında oynayacaq.

Klub təmsilçiləri bildirib ki, qərb şəhərinin komandası turnirdə cəmi beş ev matçı keçirəcək və bu görüşlərin hamısı doğma meydanda təşkil olunacaq.

Qarşılaşmalar müasir tələblərə uyğunlaşdırılmış Gəncə İdman Sarayında baş tutacaq. Klub rəsmiləri bunu Gəncə basketbolunun beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm addım kimi qiymətləndirib.

“Gəncə” FIBA Avropa Kubokunun C qrupunda çıxış edir. Komandanın rəqibləri sırasında Rumıniyanın “Universitatya Krayova”, Portuqaliyanın “Sportinq”, Bolqarıstanın “Rilski Sportist”, Yunanıstanın “Kolossos” və Türkiyənin “Esenler Erokspor” klubları yer alır.

Related posts

Azərbaycanlı taekvondoçular Tiranada 4 medal qazanıblar

Editor

FIBA “Gəncə”nin lift qəzasından sonra matçı təxirə salmaq tələbini rədd etdi

Editor

Mahsudova və Mahsudov Kotbusda qarışıq sinxron proqramda birinci olub

Editor

Şərh yazın

IP geolocation by DB-IP