Fermerlərin vergi güzəşti 2027-ci ildən dəyişir
carci.news
Aqrar sektor

Kənd təsərrüfatı istehsalçıları 2027-ci ildən qismən vergi ödəyəcək

Azərbaycanda fermerlərin gəlir və mənfəətinə tətbiq olunan tam vergi azadlığı aradan qalxır. Vergi Məcəlləsinə hazırlanan dəyişikliyə əsasən, 2027-ci ildən aqrar istehsalçıların qazancının 10 faizi vergi ilə əhatə olunacaq.

Azərbaycanda aqrar istehsalçılar hazırda gəlir və mənfəət vergisindən tam, yəni 100 faiz azaddırlar. Vergi Məcəlləsinə hazırlanan yeniliyə görə bu tam azadlıq ləğv olunaraq yerini 90 faizlik güzəştə verəcək, fermerlərin gəlirinin qalan 10 faizlik hissəsi isə vergiyə cəlb ediləcək.

Yeni mexanizm 2027-ci ildən başlayaraq işləməyə başlayacaq və 2032-ci ilin yanvar ayınadək qüvvədə saxlanılacaq. Bununla da aqrar sektor 2001-ci ildən, yəni Vergi Məcəlləsinin ilk dəfə qəbul olunduğu dövrdən bəri tarixində ilk dəfə olaraq qismən də olsa vergi öhdəliyi ilə üzləşəcək.

Sektora aid digər güzəştlər isə hələlik toxunulmaz qalır. Əlavə dəyər vergisi, əmlak vergisi, sadələşdirilmiş vergi üzrə imtiyazlar və dövlət subsidiyalarından formalaşan gəlirlərə şamil olunan vergi güzəştlərinin daha 5 il uzadılması nəzərdə tutulur.

Vergi Xidmətinin açıqlamasına görə, gələn ildən bəzi güzəştlərdən faydalanmaq istəyən istehsalçılar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) qeydiyyatdan keçməli və əldə etdikləri müvafiq gəlirləri vergi bəyannaməsində göstərməlidirlər.

Related posts

Diri heyvan ixracı doqquz ayda 34 dəfəyə yaxın artıb

Editor

Yeni qanun layihəsi torpaqların boş saxlanmasına son qoyur

Editor

Ölkəyə ət gətirilişi doqquz ayda təxminən 90 milyon dollara çatıb

Editor
IP geolocation by DB-IP