FIFA reytinqi Azərbaycan: 124-cü yerə yüksəliş
carci.news
Futbol

Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib

Ayxan Abbasovun rəhbərlik etdiyi Azərbaycan futbol millisi FIFA-nın yeni reytinq cədvəlində üç pillə yüksələrək 124-cü yerə qalxıb.

Milli komandanın hesabında hazırda 1145,18 xal var. Yüksəliş son oyunlardakı qələbələrin ardınca qeydə alınıb.

Azərbaycan yığması UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteynlə görüşdə 1:0 hesablı qələbə qazanıb. Bundan əlavə, beynəlxalq yoldaşlıq matçında Andorra üzərində 3:1 hesabı ilə üstünlük əldə edib.

Yenilənmiş siyahıda ilk pilləni 2004,48 xalla İspaniya yığması tutub. Argentina 1966,13 xalla ikinci, Fransa isə 1950,82 xalla üçüncü sırada qərarlaşıb.

Related posts

Azərbaycanın U-15 millisi Maltada ilk oyunda uduzub

Editor

Argentinada klublar üçün yeni titul turniri təsis edilib

rashadamiraliyev

U-19 millimiz Farer adalarını səfərdə 2:0 məğlub edib

Editor
IP geolocation by DB-IP