Azərbaycanlı idmançı Sabir Zeynalov Cənubi Koreyanın Muju şəhərində keçirilən dünya çempionatında 58 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.
Final görüşündə Sabir Zeynalov israilli rəqibi, sonuncu Paralimpiya çempionu Asaf Yasurunu məğlub edərək dünya çempionu titulunu qazanıb.
Bu nəticəyə qədər azərbaycanlı idmançı bir neçə mərhələdən uğurla keçib. 1/8 finalda o, hindistanlı Mohit Sinqi, 1/4 finalda isə monqolustanlı Tyemirbyek Khaulyeti məğlub edib. Yarımfinalda isə Zeynalov Çin Taypeyini təmsil edən Xiao Xiang-Ven üzərində qələbə çalaraq final mərhələsinə vəsiqə qazanıb.
Beləliklə, Sabir Zeynalov dünya çempionatında ardıcıl dörd qələbə ilə parataekvondo üzrə dünya çempionu adına layiq görülüb.
Həmçinin oxuyun: Sabir Zeynalov Parisdə Grand Prix turnirində gümüş medal qazanıb
