Muaytay dünya çempionatında Azərbaycana 3 medal
carci.news
Güləş və döyüş idmanı

Azərbaycanlı gənc idmançılar muaytay üzrə dünya çempionatında üç medal qazanıblar

Yunanıstanın Olimpiya şəhərində keçirilən gənclər arasında muaytay üzrə dünya çempionatında Azərbaycan idmançıları bir qızıl, iki gümüş medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin yaydığı məlumata görə, 71 kiloqram çəki dərəcəsində (U-16) çıxış edən Əli Cəfərli bütün görüşlərində qalib gələrək yarışın qızıl medalını qazanıb.

U-18 yaş qrupunda isə Azərbaycanı iki idmançı gümüş medalla təmsil edib. 51 kiloqramda Əfəndi Əfəndiyev, 57 kiloqramda isə Sedat Əliyev final mərhələsinə qədər yüksəlib və mundialı ikinci pillədə başa vurub.

Beləliklə, Azərbaycan komandası Olimpiya şəhərində keçirilən gənclər arasında dünya çempionatından ümumilikdə üç medalla – bir qızıl və iki gümüşlə – geri dönüb.

Related posts

Eldəniz Əzizli yunan-Roma güləşində beşinci dəfə dünya çempionu oldu

Editor

Güləşdən daha iki bürünc: Cəfərli və Karsanov U-23 çempionatında

Editor

Nurullayev 77 kq-da U-23 dünya çempionatının bürünc medalçısı olub

Editor
IP geolocation by DB-IP