Las-Veqas Qran-prisində qalib Ferstappen oldu
carci.news
Las Vegas Grand Prix circuit with the iconic Sphere and street circuit turns
Formula 1 və motor idmanı

Las-Veqas Qran-prisinin qalibi Maks Ferstappen oldu

Niderland pilotu Maks Ferstappen “Formula-1” dünya çempionatının 21-ci mərhələsi sayılan Las-Veqas Qran-prisində birinciliyi qazanıb. O, “Red Bull” komandasını təmsil edir.

Las-Veqas Qran-prisində ikinci sırada “Maklaren”in britaniyalı idmançısı Lando Norris finişə çatıb. Komandasının digər üzvü, avstraliyalı Oskar Piastri isə yarışı üçüncü bitirərək podiumda yer alıb.

Uzunluğu 50 dövrə olan yarış zamanı trasda bir sıra insidentlər baş verib, təhlükəsizlik avtomobili də trasa çıxıb.

Çempionatın növbəti pilləsi olan Qətər Qran-prisi noyabrın 27-29-u arasında təşkil ediləcək.

Foto: Nascar9919 / Wikimedia Commons, CC BY 4.0

Related posts

Bakıda Formula 1-in onuncu Azərbaycan Qran-Prisinə start verilib

rashadamiraliyev

Rassel Bakıda sıralama turunda ən sürətli olub

rashadamiraliyev

Bakıda ikinci sərbəst yürüşü qəza yarımçıq saxlayıb

rashadamiraliyev
IP geolocation by DB-IP