İran Prezidenti Məsud Pezeşkian ölkənin yaxın aylarda ciddi iqtisadi çətinliklərlə qarşılaşacağını bildirib. Onun sözlərinə görə, İran hazırda “səssiz iqtisadi müharibə” ilə üzləşib.
Məsud Pezeşkian bu fikirləri Tehranda keçirilən illik Kapital Bazarları Konfransında səsləndirib. Prezidentə görə, bu vəziyyət hərbi toqquşmadan, yəni raketlərin atıldığı müharibədən belə daha ağırdır.
Pezeşkian vətəndaşlara xitabən qarşıdakı ayların asan keçməyəcəyini vurğulayıb.
Məlumata görə, Amerika Birləşmiş Ştatlarının İran limanlarına qarşı tətbiq etdiyi blokada ölkə iqtisadiyyatına əlavə yük yaradır. Bunun nəticəsində İran iqtisadiyyatının daha da kiçiləcəyi, on milyonlarla insanın isə maddi çətinliklərlə üz-üzə qalacağı gözlənilir.
