2026-cı ilin 10 ayında Azərbaycanda məişət zorakılığı zəminində 23 qadın həyatını itirib. Baş Prokurorluğun prokuroru Kamran Ağayevin sözlərinə görə, ölən qadınların sayı ötən illə müqayisədə azdır.
Məişət zorakılığı qurbanları ilə bağlı rəqəmləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Kamran Ağayev “Gender Əsaslı Zorakılığa Qarşı 16 Günlük Fəallıq” kampaniyasına həsr olunmuş konfransda açıqlayıb.
Onun məlumatına görə, 2026-cı ilin 10 ayında 1123 zərərçəkmiş qeydə alınıb. Onlardan 931-i qadındır, 23 qadın həyatını itirib.
2025-ci ildə isə ölkədə məişət zorakılığı ilə bağlı 1403 zərərçəkmiş qeydə alınıb, onlardan 40-ı ölüb.
Foto: Press Service of the President of the Republic of Azerbaijan / Wikimedia Commons, CC BY 4.0
