Pensiyaların indeksləşdirilməsi: 1,1 milyon nəfərə artım
carci.news
Sosial müdafiə

Anar Əliyev: Gələn il 1,1 milyon pensiyaçının ödənişi artacaq

Azərbaycanda 1,1 milyon insanı əhatə edən pensiyalar gələn ilin əvvəlindən indeksləşdirilərək artırılacaq. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev nazirliyin 10 ayın yekunlarına həsr olunmuş kollegiya iclasında bildirib.

Nazir pensiyaların indeksləşdirilməsi ilə yanaşı, gələn il 6-cı sosial paketin icra olunacağını və sosial ödənişlərdə artımın 2027-ci ildə də davam edəcəyini deyib.

Son yeddi ildə illik əlavə 8 milyard manat vəsait ayrılan beş sosial islahat paketi icra olunub. Bu müddətdə minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, əməkhaqqı fondu 3,4 dəfə artıb.

Minimum və orta aylıq pensiya 2,9 dəfə, pensiya təminatına yönələn illik vəsait 2,3 dəfə, müavinət və təqaüdlər üçün illik vəsait isə 5 dəfə çoxalıb.

Nazirliyin 10 aylıq işi

Kollegiyada nazirliyin tabeliyindəki qurumların yanvar-oktyabr aylarındakı fəaliyyətindən danışılıb. Sosial xidmətlərdə rəqəmsal həllərin genişləndirilməsi və süni intellektin tətbiqi, yeni sosial obyektlərin tikintisi, həssas qrupların məşğulluğuna dəstək bu mövzular arasında olub.

Himayədar ailə modelinin tətbiqinin sadələşdirildiyi qeyd edilib. İcbari tibbi sığorta sisteminin tam rəqəmsallaşdırılması, sığortaolunanların vahid elektron reyestrinin yaradılması və tibbi-ekspertiza prosesinin avtomatlaşdırılması istiqamətində tədbirlərdən də bəhs olunub.

İclasda daha 294 peşə və kvalifikasiya standartı təsdiq edilib.

Related posts

Hərbçilərin əməkhaqqı orta hesabla 22,8 faiz artacaq

rashadamiraliyev

Gəncə Reabilitasiya Mərkəzi ləğv edilir

Editor

Bayramov: Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək

Editor
IP geolocation by DB-IP