TRIPP dəmir yolu: Ermənistan tikintiyə 2027-də başlayacaq
carci.news
Dünya siyasəti

Ermənistan TRIPP çərçivəsində Naxçıvan dəmir yolunun tikintisinə 2027-də başlamağı planlaşdırır

Ermənistan TRIPP layihəsi çərçivəsində Azərbaycanı Naxçıvanla birləşdirəcək dəmir yolu xəttinin tikintisinə 2027-ci ildə başlamağı planlaşdırır. Bunu Ermənistanın xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan bildirib.

Kostanyan Ermənistan İctimai Televiziyasının efirində deyib ki, TRIPP dəmir yolunun marşrutu artıq bəllidir və gələcək xəttin keçəcəyi ərazidə təmizləmə işləri aparılır. Onun sözlərinə görə, bu işlər tikintiyə gələn il başlamaq üçün görülür.

TRIPP çərçivəsində dəmir yolu Ermənistanda Nüvədi–Əkərək marşrutu üzrə Araz çayı boyunca uzanacaq və Naxçıvan ərazisində davam edəcək. Xəttin Ermənistandan keçən hissəsi təxminən 42 kilometr olacaq və İran sərhədinə yaxın ərazidən keçəcək.

Layihə Azərbaycanın əsas əraziləri ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı yaradacaq. Azərbaycan ərazisində Nüvədi–Əkərək xəttinə birləşəcək Horadiz–Ağbənd dəmir yolunun tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

Həmçinin oxuyun: İnterfaks: İran Ermənistandan TRIPP marşrutunda ABŞ əsgəri olmayacağı barədə zəmanət alıb | ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə iki işçi qrupu yaratdı

Related posts

Səudiyyədə iki hava limanına zərbə: 3 ölü, 36 yaralı

Editor

Moskva vilayətinə dron hücumunda iki nəfər həlak olub

Editor

Fon der Lyayen: Hörmüz qapanması Aİ-yə 127 milyard avroya başa gəlib

Editor
IP geolocation by DB-IP