Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yekununda Azərbaycanda 8 215 elektrik mühərrikli nəqliyyat vasitəsi olub. Bu, 2022-ci ilin yekununa nisbətən 14,4 dəfə çoxdur.
2025-ci ilin yekununda Azərbaycanda elektromobillərin sayı 8 215 olub. Bu, 2024-cü ilin yekunu ilə müqayisədə 38,3 faiz çoxdur.
Hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı ötən il 29,9 faiz artaraq 73 581-ə çatıb. Üç il əvvələ nisbətən artım 2,4 dəfədir.
Plaq-in hibrid mühərrikli nəqliyyat vasitələrinin sayı son bir ildə 6,1 dəfə artaraq 59 772-yə yüksəlib.
Elektrik mühərrikli avtobusların sayı 2025-ci ilin yekununda 2024-cü illə müqayisədə 84,2 faiz artaraq 350-yə çatıb. Üç il əvvəllə müqayisədə artım 50 dəfədir.
Noyabrın 26-sı Ümumdünya Dayanıqlı Nəqliyyat Günüdür.
Foto: Press Service of the President of the Republic of Azerbaijan / Wikimedia Commons, CC BY 4.0
