“Bakı Metropoliteni” QSC bildirib ki, 2025-2026-cı illər ərzində metro xətlərində istismar müddətini başa vurmuş 36 vaqon xətdən çıxarılıb. Hazırda həmin vaqonların utilizasiyası üçün sənədləşmə prosesi aparılır.
“Bakı Metropoliteni” QSC-nin açıqlamasına görə, vaqon parkının yenilənməsi istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş istismar müddəti, texniki göstəricilər və normativ tələblər əsasında aparılır. Müəyyən olunmuş müddəti başa vurmuş vaqonlar müvafiq qaydada xətdən çıxarılır.
Qurumun məlumatına əsasən, xətdən çıxarılan vaqonların utilizasiyası ilə bağlı zəruri sənədləşdirmə prosedurları hazırda davam etdirilir. Bildirilib ki, proses qanunvericiliyin tələblərinə uyğun təşkil olunur və başa çatdıqdan sonra utilizasiya aidiyyəti dövlət qurumu tərəfindən həyata keçiriləcək.
