Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb
carci.news
Hadisələr

Bakı metrosunda 2025-2026-cı illərdə 36 vaqon istismardan çıxarılıb

“Bakı Metropoliteni” QSC bildirib ki, 2025-2026-cı illər ərzində metro xətlərində istismar müddətini başa vurmuş 36 vaqon xətdən çıxarılıb. Hazırda həmin vaqonların utilizasiyası üçün sənədləşmə prosesi aparılır.

“Bakı Metropoliteni” QSC-nin açıqlamasına görə, vaqon parkının yenilənməsi istehsalçı müəssisə tərəfindən müəyyən edilmiş istismar müddəti, texniki göstəricilər və normativ tələblər əsasında aparılır. Müəyyən olunmuş müddəti başa vurmuş vaqonlar müvafiq qaydada xətdən çıxarılır.

Qurumun məlumatına əsasən, xətdən çıxarılan vaqonların utilizasiyası ilə bağlı zəruri sənədləşdirmə prosedurları hazırda davam etdirilir. Bildirilib ki, proses qanunvericiliyin tələblərinə uyğun təşkil olunur və başa çatdıqdan sonra utilizasiya aidiyyəti dövlət qurumu tərəfindən həyata keçiriləcək.

Related posts

Xaçmazda toqquşmada bir ailənin altı üzvü xəsarət alıb

Editor

Balakənin sabiq icra başçısı İslam Rzayevin əmlakına həbs qoyulub

Editor

Lökbatanda yol qəzasında iki nəfər ölüb, cinayət işi başlanılıb

Editor
IP geolocation by DB-IP