Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Dubay-Bakı aviareysi ilə gələn Hindistan Respublikası vətəndaşının üzərindən gömrük nəzarətindən gizlədilmiş iki ədəd qızıl-brilyant boyunbağı aşkar ediblər.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, sərnişinin şəxsi yoxlanması zamanı malların aşkarlanmasını çətinləşdirən üsullarla gizlədilmiş zinət əşyaları tapılıb. Söhbət 750 əyarlı, 79,27 qram ağırlığında qızıldan və 57,779 karat brilyantdan hazırlanmış iki boyunbağıdan gedir.
Aşkar edilən boyunbağıların ümumi dəyəri 166 min 610 manat kimi qiymətləndirilib.
Faktla bağlı hazırda araşdırma aparılır.
