Azərbaycan Ermənistana ixracı 23,7 milyon dollara çatıb
carci.news
Biznes və investisiya

Ermənistana 10 ayda 23,7 milyon dollarlıq Azərbaycan malı satılıb

Cari ilin ilk on ayında Azərbaycandan Ermənistan istiqamətinə 23 milyon 699,21 min ABŞ dolları həcmində məhsul yola salınıb. Bu göstərici Dövlət Gömrük Komitəsinin açıqladığı statistikada öz əksini tapıb.

Dövlət Gömrük Komitəsinin yaydığı rəqəmlərə əsasən, yanvar-oktyabr dövründə Azərbaycandan Ermənistana göndərilən malların ümumi dəyəri 23,7 milyon ABŞ dollarına çatıb.

Həmin müddətdə Azərbaycanın bütün dünya ölkələri ilə apardığı idxal-ixrac əməliyyatlarının ümumi məbləği isə 43 milyard 188,74 milyon ABŞ dollarına bərabər olub.

Related posts

Əlimuradov: Kadrların regiondan Bakıya axını otelçiliyin əsas çətinliyidir

Editor

Bakıda mənzil qiymətləri bütün rayonlarda artıb

Editor

İtaliya ilə ticarət dövriyyəsi 9,2 milyard dollara çatıb

Editor
IP geolocation by DB-IP