Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar - carci.news
carci.news
İqtisadiyyat

Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar

Bakı Beynəlxalq Dəniz Limanında Azərbaycan Dəmir Yollarının (ADY) rəhbərliyi ilə Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş Direktoratlığının nümayəndə heyəti arasında görüş keçirilib.

Görüşdə mobillik və nəqliyyat sahəsində, həmçinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

ADY sədri Rövşən Rüstəmov Avropa Komissiyasının nümayəndələrinə Azərbaycanın tranzit potensialı, dəmir yolu və liman infrastrukturunun inkişafı üzrə həyata keçirilən layihələr, Bakı Limanının fəaliyyəti və yükdaşıma imkanları barədə məlumat verib.

Bakı Limanının Orta Dəhliz üzrə yük əməliyyatlarının səmərəli təşkilində, multimodal daşımaların inkişafında və Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının gücləndirilməsində mühüm rolu qeyd edilib.

Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş Direktorluğunun rəhbəri Maqda Kopçinska Azərbaycanın regionun nəqliyyat-logistika sistemində strateji mövqeyini qeyd edərək dayanıqlı, təhlükəsiz və səmərəli nəqliyyat bağlantılarının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunması istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin və nəqliyyat sahəsində birgə təşəbbüslərin təşviq edilməsinin əhəmiyyəti vurğulanıb, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlar Bakı Limanının fəaliyyəti ilə tanış olublar.

Related posts

EBRD Azərbaycan üçün 2026–2027-ci illər üzrə artım proqnozunu açıqlayıb

rashadamiraliyev

“Dəmirli” kompleksində 1342 nəfər daimi işlə təmin olunub

rashadamiraliyev

“Azəralüminium”un istehsal gücü 100 min tona çatdırılacaq

rashadamiraliyev
IP geolocation by DB-IP