“Apple”a patent iddiasında 5,72 milyard dollar cərimə kəsilib - carci.news
carci.news
Biznes və investisiya

“Apple”a patent iddiasında 5,72 milyard dollar cərimə kəsilib

ABŞ-da San-Dieqo Federal Məhkəməsinin münsiflər heyəti “Apple” şirkətini iki patenti pozmaqda təqsirli bilib və şirkətə 5,72 milyard dollar təzminat ödəməyi tapşırıb. İddiaçı “Taction Technology” kompaniyasıdır.

ABŞ-da San-Dieqo Federal Məhkəməsinin münsiflər heyəti “Apple” texnologiya şirkətinin iki patentin üç elementini pozduğu qənaətinə gəlib. Nəticədə şirkətə “Taction Technology” kompaniyasına 5,72 milyard dollar məbləğində təzminat ödəməsi tapşırılıb.

Kiçik “Taction” kompaniyası iddiada “iPhone” və “Apple Watch” kimi cihazlarda vibrasiya funksiyasını təmin edən “Taptic Engine” mexanizminin öz texnologiyası əsasında icazəsiz hazırlandığını iddia edib.

“Apple” tərəfindən bildirilib ki, şirkət qərarla razı deyil və “Taction”a məxsus heç bir həlldən istifadə etmədiyini iddia edərək apellyasiya şikayəti verəcək.

Hüquq ekspertləri və sənaye müşahidəçiləri qeyd edir ki, iri texnologiya şirkətlərinə qarşı çıxarılan bu cür yüksək məbləğli qərarlar apellyasiya prosesində adətən əhəmiyyətli dərəcədə azaldılır, bəzən isə tamamilə ləğv olunur.

Münsiflər heyəti eyni zamanda müəyyən edib ki, “Apple” pozuntunu qəsdən törətməyib. Bu fakt şirkət üçün əhəmiyyət kəsb edir, çünki qəsdən pozuntu halında ABŞ qanunvericiliyi məbləğin üç dəfəyədək artırılmasına imkan verir ki, bu da ümumi cəriməni təxminən 17 milyard dollara qədər qaldıra bilərdi. Qəsdən olmama qənaəti hazırda “Apple”in apellyasiya strategiyasında güclü arqument sayılır.

Related posts

İsveç geyim nəhəngi H&M Bakıya gəlir: ilk mağaza Gənclik Mall-da

rashadamiraliyev

Tikinti sektorunun real ÜDM-i yarımildə 13 faiz azalıb

Editor

Milli Məclisdə 2027-2030 üçün 108,6 milyard manatlıq investisiya proqnozu açıqlanıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP