Renuar Muzeyindən oğurluq: altı nəfər saxlanıldı
carci.news
İncəsənət və sərgilər

Renuar muzeyindən tablo oğurluğuna görə altı nəfər saxlanılıb

Fransanın Kanyü-sür-Merdəki Pyer-Oqüst Renuar Muzeyindən rəsm əsərlərinin oğurlanması ilə bağlı altı şəxs saxlanılıb. Onlardan ikisinin bilavasitə muzeyə daxil olub əsərləri götürdüyü ehtimal edilir.

Saxlanılanlar oktyabrın 7-də Alp-Dənizlər, Erö və Yura departamentlərində tutulub. Oğurluğun özü isə sentyabrın 8-də baş verib — iki şəxs Renuar Muzeyinə soxularaq dörd tablo götürüb.

Əsərlərdən ikisi, “Madam Stiven Piçonun portreti” və “Koko kitab oxuyarkən”, oğrular qaçarkən muzeyin bağında aşkarlanıb. Qalan iki iş — “Madam Kolonna Romanonun portreti” və “Quyunun yanında gənc qadın” — hələ də axtarışdadır.

Oğurlanan tabloların ümumi dəyəri ilkin hesablamalara görə 9 milyon avro təşkil edir.

Fransız rəssamı Pyer-Oqüst Renuar (1841-1919) impressionizm cərəyanının görkəmli nümayəndələrindən olub və 1874-cü ildə Parisdə keçirilən ilk impressionist sərgisinin iştirakçısı idi. O, 1907-ci ildə Domaine des Collettes mülkünü alıb və 1908-ci ilin payızından ömrünün sonuna qədər burada ailəsi ilə yaşayıb.

Hazırda Renuar Muzeyində onun rəsm və heykəl əsərləri, emalatxanası, mebelləri, molberti və şəxsi əşyaları nümayiş olunur.

Related posts

“Sotheby’s” Van Qoq və Qogenin olduğu kolleksiyanı hərraca çıxaracaq

Editor

Renuar muzeyindən oğurlanan iki tablo Fransada tapılıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP