Naxçıvan Aqroservis sədri əmlak mənimsəməkdə ittiham olunub
carci.news
Rəsmi xronika

Naxçıvanda “Aqroservis” sədri dövlət əmlakını mənimsəməkdə ittiham olunur

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Naxçıvan Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cavid Ağaməliyev barəsində dövlət əmlakının mənimsənilməsi ilə bağlı həbs qətimkan tədbiri seçilib.

Cavid Ağaməliyev barəsində həbs qərarı Naxçıvan Şəhər Məhkəməsi tərəfindən çıxarılıb. Qərar müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qəbul olunub. Ağaməliyevə dörd ay müddətinə həbs qətimkan tədbiri tətbiq edilib.

O, dövlət əmlakının mənimsənilməsində şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Naxçıvan Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

“Naxçıvan Aqroservis” ASC Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Related posts

RBC: Bakı məhkəməsi eks-hakim barəsində qətimkan tədbirini yumşaldıb

Editor

Ilham Əliyev büdcədənkənar ödənişlərin icra müddətini oktyabra saldı

Editor

YAP Ramiz Mehdiyevi sıralarından çıxardı, təltiflərdən məhrum edilməsini istədi

Editor

Şərh yazın

IP geolocation by DB-IP