Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Kanada arasındakı münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırıldığını açıqlayıb. Bəyanat Ankaraya səfər edən Kanadanın Baş naziri Mark Karni ilə keçirilən birgə mətbuat konfransında səslənib.
Ərdoğan bildirib ki, Ankara ilə Ottava arasında iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Azad Ticarət Sazişi üzrə danışıqlara ilin sonunadək start veriləcək.
Görüş çərçivəsində tərəflər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafı mövzusunda fikir mübadiləsi aparıblar.
Həmçinin oxuyun: Polşa Azərbaycanı strateji tərəfdaş dövlətlər reyestrinə daxil edib
