Ahıllar “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunu ziyarət ediblər - carci.news
carci.news
Cəmiyyət

Ahıllar “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunu ziyarət ediblər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin tabeliyindəki ahıllar üçün sosial xidmət müəssisəsinin sakinləri üçün “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğuna ekskursiya təşkil olunub.

Agentlikdən verilən məlumata görə, ekskursiya zamanı ahıllar qoruğun ərazisini gəziblər, burada yerləşən qədim yaşayış məskənləri, memarlıq abidələri, eləcə də bölgə sakinlərinin keçmiş məişətini əks etdirən eksponatlarla tanış olublar.

Ahılların asudə vaxtının mənalı keçirilməsi məqsədilə təşkil edilən ekskursiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və onlarda xoş təəssürat yaradıb.

Related posts

Mərkəzi Nəbatat Bağı və Dendrologiya Bağı vahid MMC-də birləşdirilir

rashadamiraliyev

Şərh yazın

IP geolocation by DB-IP