Energetika Nazirliyinin məlumatına görə, “Qaradağ” Günəş Elektrik Stansiyası istismara verildiyi gündən bu il 1 oktyabradək 1488 milyon kilovat-saat elektrik enerjisi istehsal edib.
230 meqavat gücündə olan “Qaradağ” Günəş Elektrik Stansiyası (GES) 2023-cü il oktyabrın 26-da istifadəyə verilib. Stansiya 550 hektar ərazidə yerləşir və orada 570 min Günəş paneli quraşdırılıb.
Energetika Nazirliyi bildirib ki, bu, Azərbaycanda bərpaolunan enerji istiqamətində ilk irimiqyaslı beynəlxalq investisiya layihəsidir. Qurumun açıqlamasına əsasən, stansiya ölkədə yaşıl enerjiyə keçid prosesinə və elektrik istehsalında bərpaolunan mənbələrin payının yüksəldilməsinə töhfə verir.
