“Azərişıq” ASC Bakı, Sumqayıt və altı rayonda leysan yağışları ilə selin elektrik təsərrüfatına vurduğu ziyanın aradan qaldırılması üçün 12,1 milyon manat xərcləyəcək.
Zərər görən ərazilərə Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları da daxildir. Həmin bölgələrdə güclü yağışlardan sonra yaranan sel suları elektrik infrastrukturuna ciddi ziyan vurub.
Fəsadların aradan qaldırılması üçün “Azərişıq” ASC “Yuq Construction” MMC ilə müqavilə bağlayıb. Sənədin məbləği 12 104 763,15 manat təşkil edir.
Müqaviləyə əsasən, görüləcək işlər məhz leysan və sel suları səbəbindən elektrik təchizatı sisteminə dəyən zərərin tam şəkildə aradan qaldırılmasını əhatə edir.
