Strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatıb
carci.news
Milli Məclis

Nazir: valyuta ehtiyatları 89,4 milyard dollara çatıb

Maliyyə naziri Sahil Babayev bildirib ki, ölkənin strateji valyuta ehtiyatları oktyabrın 1-nə 89,4 milyard dollar təşkil edib, bu məbləğ xarici dövlət borcunu 20 dəfə üstələyir.

Bu açıqlama Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında səslənib. İclasda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunub.

Sahil Babayev çıxışında dövlətin neft gəlirlərindən asılılığının tədricən azaldıldığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə ayrılan transfertin illik əsasda aşağı salınması istiqamətində ardıcıl siyasət aparılır.

Nazir qeyd edib ki, 2030-cu ilə qədər həmin transfert 1,5 milyard dollar azaldılaraq 5,5 milyard dollara endiriləcək. Onun sözlərinə görə, bu, neft amilindən asılılığı azaltmağa yönəlmiş sistemli işin nəticəsidir.

Həmçinin oxuyun: AMB sədri: valyuta ehtiyatları 4,3 milyard dollar artıb | Milli Məclis Səbinə Əliyevanı yenidən ombudsman seçib

Related posts

Milli Məclis hərbçilərin maaşının 22,8 faiz artırılmasını təsdiqləyib

Editor

Hərbçilərin əməkhaqqı orta hesabla 22,8 faiz artacaq

rashadamiraliyev

Yüksək ixtisaslı miqrantlara 20 illik gəlir vergisi güzəşti nəzərdə tutulur

rashadamiraliyev

Şərh yazın

IP geolocation by DB-IP