Mərkəzi Bank sığorta agenti lisenziyasını ləğv edib
carci.news
Maliyyə və bank

AMB daha bir sığorta agentinin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankı Rəhimli Xədicə Tərlan qızına məxsus sığorta agenti lisenziyasını ləğv edib. Qərar qüsurların vaxtında aradan qaldırılmaması səbəbindən qəbul olunub.

Söhbət Rəhimli Xədicə Tərlan qızına 7 avqust 2015-ci ildə verilmiş, 080682 nömrəli sığorta agenti lisenziyasından gedir. Lisenziyanın ləğvi barədə qərar Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti tərəfindən qəbul edilib.

AMB-nin açıqlamasına görə, lisenziya “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.2-ci maddəsi əsasında ləğv olunub. Həmin maddəyə əsasən, lisenziya sahibi fəaliyyətinin dayandırılmasına səbəb olan halları müəyyən edilmiş müddətdə aradan qaldırmayıb.

Related posts

AFB Bank 9 ayda aktivlərini 79,2 faiz artırıb

Editor

Qızıl fyuçersləri avqustdan bəri ilk dəfə 4250 dollardan aşağı düşüb

Editor

Əmək qəzaları sığortasında həcmlər 8 ayda ciddi geriləyib

rashadamiraliyev

Şərh yazın

IP geolocation by DB-IP