Elxan Nəcəfov yeni təhsil idarəsinə rəhbər oldu
carci.news
Təhsil

Abşeron-Xızı Təhsil İdarəsinə yeni rəhbər gəldi: Elxan Nəcəfov təyin olundu

Naxçıvan Muxtar Respublikasının keçmiş təhsil naziri Elxan Nəcəfov Abşeron-Xızı Regional Təhsil İdarəsinə rəhbər təyin edilib. Bu qurumda əvvəllər çalışan İlhamə Abdullayeva isə başqa struktura işə keçirilib.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin yeni rəhbəri Elxan Nəcəfov olub. Bundan öncə həmin vəzifəni tutan İlhamə Abdullayeva öz postundan uzaqlaşdırılaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) bir şöbəsinə rəhbər göstərilib.

Qeyd olunmalıdır ki, Elxan Tarqulu oğlu Nəcəfov bir neçə ay əvvəl Naxçıvan Muxtar Respublikasının təhsil naziri postundan uzaqlaşdırılmışdı. Bu təyinatdan öncə o, Lənkəran-Astara Regional Təhsil İdarəsinin başçısı kimi çalışıb.

Related posts

Məktəblərdə 200-ə yaxın zərərli kontentli səhifəyə giriş bağlanıb

Editor

Masallı və Bakı məktəblərində hicablı şagirdlərin buraxılmaması etiraza səbəb olub

Editor

Bakıda Azərbaycan və Honkonq alimləri elmi əlaqələrin genişlənməsini müzakirə edib

Editor
IP geolocation by DB-IP