2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana 2 milyard 67,7 milyon dollarlıq yeyinti məhsulu gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 187,2 milyon dollar (10 faiz) çoxdur.
Dövlət Gömrük Komitəsinin 2025 və 2026-cı illərin ötən doqquz aylıq xarici ticarət göstəricilərinin müqayisəsindən bu məlum olub. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 1 milyard 880,5 milyon dollarlıq ərzaq idxal edilmişdi, bu il isə həmin rəqəm 2 milyard 67,7 milyon dollara çatıb.
Ümumi idxal daxilində yeyinti məhsullarının payı da artıb. Əgər 2025-ci ilin ilk doqquz ayında bu göstərici 11,21 faiz təşkil edirdisə, 2026-cı ilin eyni dövründə 15,49 faizə yüksəlib.
Beləliklə, ərzaq idxalı həm dəyər, həm də ümumi idxaldakı çəki baxımından artım göstərib.
Həmçinin oxuyun: Azərbaycanın xarici ticarət profisiti 9 ayda təxminən 6 dəfə artıb
