Mahsudova-Mahsudov cütlüyü Kotbusda qızıl qazanıb
carci.news
Olimpiya idmanı

Mahsudova və Mahsudov Kotbusda qarışıq sinxron proqramda birinci olub

Azərbaycanlı gimnastlar Selcan Mahsudova və Maqsud Mahsudov Almaniyanın Kotbus şəhərində təşkil olunan batut gimnastikası üzrə Dünya kubokunda qarışıq sinxron proqramda birinci yeri tutaraq qızıl medal qazanıblar.

Azərbaycan Gimnastika Federasiyasının yaydığı açıqlamaya əsasən, Selcan Mahsudova və Maqsud Mahsudovdan ibarət cütlük qarışıq sinxron proqram üzrə 51,510 xal toplayaraq yarışda ən yüksək nəticəni göstərib və qızıl medala sahib çıxıb.

Beləliklə, Azərbaycan yığması Kotbusda keçirilən bu nüfuzlu turnirdə daha bir qızıl medal qazanmış oldu. Bu nəticə ölkə gimnastlarının batut gimnastikası üzrə Dünya kubokundakı uğurlu çıxışlarının davamı sayılır.

Həmçinin oxuyun: Azərbaycan batut gimnastları İtaliyada 5 qızıl medal qazanıb

Related posts

Azərbaycanlı rəqs cütlüyü Almatıda bürünc medal qazanıb

Editor

“Gəncə” FIBA Avropa Kubokunda ev meydanında da uduzub

Editor

Fuad Həsənov Avropa birinciliyində 3 medal qazanıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP