Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağında aparılacaq qəza-bərpa işləri səbəbindən dekabrın 1-dən İmişli rayonundakı suvarma kanallarının əksəriyyətinə su verilişi iki ay müddətinə dayandırılacaq.
Bəhrəmtəpə hidroqovşağı Mil-Muğan düzündə yerləşən bir sıra rayonların əkin sahələrinin suvarılmasında əsas mənbə rolunu oynayır. Bu səbəbdən qovşaqda görüləcək təmir işləri regionun suvarma sisteminə birbaşa təsir edəcək.
Təmir-bərpa işlərinin təxminən iki ay davam edəcəyi bildirilir. Bu müddətdə İmişli rayonundakı kanalların böyük hissəsi susuz qalacaq.
