Karate üzrə Avropa çempionatında deflimpiyaçılarımız 3 qızıl qazanıb - carci.news
carci.news
Olimpiya idmanıUncategorized

Karate üzrə Avropa çempionatında deflimpiyaçılarımız 3 qızıl qazanıb

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən karatenin şotokan növü üzrə Avropa çempionatında Azərbaycanın eşitmə məhdudiyyətli idmançıları 3 qızıl medala sahib olublar.

Yarış World Shotokan Federation (WSF) versiyası çərçivəsində təşkil olunub. Bu barədə Azərbaycan Deflimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Kata proqramı üzrə Aytən Qədirova birinci yerə çıxıb. Kumite yarışlarında isə Hikmət Ağayev +18 yaş kateqoriyasının 60 kiloqram çəki dərəcəsində, Elmin Hüseynli isə 75 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

Beləliklə, Azərbaycan komandası Sofiyadakı Avropa çempionatında üç idmançısı hesabına fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Related posts

AZCON və Qazax fondu Bakı limanında yeni terminal üçün imza atdı

rashadamiraliyev

Boksçu Səma Abbasova Budvada U-17 Avropa çempionatının finalına yüksəlib

Editor

“Sabah” FIBA Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP