Azərbaycanlı gənc boksçu Səma Abbasova Monteneqronun Budva şəhərində davam edən U-17 Avropa çempionatında finala çıxmağı bacarıb.
66 kiloqram çəki kateqoriyasında döyüşən idmançı yarımfinal görüşündə rusiyalı rəqibi Yustina Anufriyevaya qarşı mübarizə aparıb və 4:1 hesablı qələbə qazanıb. Bu məlumat Azərbaycan Boks Federasiyasının açıqlamasında yer alıb.
Beləliklə, Səma Abbasova çempionatın final mərhələsinə vəsiqə əldə edib. Qeyd edək ki, yarışda ölkəmizi təmsil edən daha 7 boksçu yarımfinal qarşılaşmalarında ring qarşısına çıxacaq.
Həmçinin oxuyun: U-17 Avropa boks çempionatında Azərbaycan təmsilçiləri uğurunu davam etdirir | Azərbaycan boksçuları Avropa çempionatını 2 qızılla başa vurub
