Pensiyaçıların sayında gender fərqi 15 ildə necə dəyişib?
carci.news
Sosial müdafiə

Pensiyaçıların sayında gender fərqi 15 ildə əhəmiyyətli azalıb

2026-cı ilin əvvəlinə Azərbaycanda 611 min qadın və 488 min kişi pensiyaçı qeydə alınıb. Qadın pensiyaçıların sayı kişilərdən hələ də çoxdur, lakin son bir ildə aradakı fərq 123 min nəfərə qədər daralıb.

Rəsmi statistikaya görə, ölkədə pensiyaçıların ümumi sayı 1 milyon 99 min nəfər təşkil edib. Bunun 55,6 faizini qadınlar, 44,4 faizini isə kişilər təşkil edir.

2025-ci ilin əvvəli ilə müqayisədə qadın pensiyaçıların sayı 639 min nəfərdən 611 min nəfərə düşüb, yəni 28 min nəfər və ya 4,4 faiz azalıb. Kişi pensiyaçıların sayı isə əksinə, 459 min nəfərdən 488 min nəfərə qalxaraq 29 min nəfər, yaxud 6,3 faiz artıb.

Nəticədə qadın və kişi pensiyaçılar arasındakı say fərqi bir il ərzində 180 min nəfərdən 123 min nəfərə enib. Bu, 57 min nəfərlik və ya 31,7 faizlik azalma deməkdir.

Son 15 ildə dinamika necə olub

Uzunmüddətli göstəricilərdə də qadın pensiyaçıların sayının azalması müşahidə olunur. 2011-ci ilin əvvəlində ölkədə 784 min qadın pensiyaçı qeydə alınmışdı, 2026-cı ilin əvvəlinə isə bu rəqəm 611 min nəfərə, yəni 22,1 faiz azalıb.

Eyni dövrdə kişi pensiyaçıların sayı 508 min nəfərdən 488 min nəfərə, başqa sözlə 3,9 faiz enib. Beləliklə, son 15 ildə ölkədə pensiyaçıların ümumi sayı 1 milyon 292 min nəfərdən 1 milyon 99 min nəfərə, yəni 14,9 faiz azalıb.

Bu müddətdə qadınların pensiyaçılar arasındakı payı 60,7 faizdən 55,6 faizə düşüb, kişilərin payı isə 39,3 faizdən 44,4 faizə yüksəlib.

İlk dəfə pensiya təyin olunanlar

2026-cı ilin əvvəlinə ilk dəfə pensiya təyin olunmuş şəxslərin sayı 53 548 nəfər olub. Bunların 29 773 nəfəri qadın, 23 775 nəfəri isə kişidir.

Əvvəlki ilin eyni göstəricisi ilə müqayisədə ilk dəfə pensiya təyin olunan qadınların sayı 1 609 nəfər azalıb, kişilərin sayı isə 1 236 nəfər artıb. Qeyd olunub ki, 2026-cı ilin əvvəlinə Azərbaycanda pensiyaçıların 13,8 faizi əmək fəaliyyətini davam etdirib.

Related posts

Astarada şəhid ailələri və əlillər üçün 74 mənzil alınacaq

Editor

Fond kirayə mənzil proqramının qaydalarını sərtləşdirdi

Editor

Azərbaycanda doğulan uşaqların sayı ötən il 6 435 nəfər azalıb

Editor

Şərh yazın

IP geolocation by DB-IP