Azərbaycanlı bədii üzgüçülər Emiliya Məmmədli və Tahirə Hüseynova Macarıstanda keçirilən beynəlxalq kubok turnirində yeniyetmələr arasında birinci yerə çıxıblar.
Hər iki idmançı yarışda öz çıxışlarını birinci pillədə tamamlayaraq fəxri kürsünün zirvəsinə qalxıblar. Nəticələr barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyası yayıb.
Macarıstanda keçirilən bu kubok turnirinə Azərbaycandan başqa Almaniya, Çexiya, Qazaxıstan, ev sahibi Macarıstan, Malta və Misirin idmançıları da qatılıb.
